Gündəm / Cəmiyyət
30 mart 2022
177
Vilayət Eyvazov Lənkəranda vətəndaşların problemini yerindəcə həll etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 30-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazir əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.
Daha sonra Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının 71 sakinini qəbul edən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin operativ həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.
Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, yerlərdə davamlı olaraq belə qəbulların təşkilinə, dövlət qurumlarının rəhbərləri tərəfindən ərizə və müraciətlərinə operativ yanaşılmasına, həssas münasibətə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
Səfər çərçivəsində nazir DİN-in Daxili Qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsində də olub. General-polkovnik V.Eyvazov hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub, həmçinin xüsusi-taktiki təlimləri izləyib. Polis əməkdaşlarının və hərbi qulluqçuların peşə və döyüş hazırlığını yüksək qiymətləndirən nazir öz tapşırıq və tövsiyələrini verib.
Daha sonra general-polkovnik V.Eyvazov Lənkəran Şəhər Rayon Polis Şöbəsində bölgə üzrə polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf şəhər və rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Daxili işlər orqanlarında xidmətə qəbulun şərtlərinə uyğun gələn 46 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 10-u Vətən müharibəsi iştirakçısı, 6-sı isə şəhid ailələrinin üzvləri olublar.
Daha çox xəbər:
Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib
SiyasətVilayət Eyvazov rəis müavinini vəzifəsindən azad etdi - Yeni təyinatlar
Gündəm / CəmiyyətVilayət Eyvazov polis mayorunu vəzifəsindən azad etdi
Gündəm / CəmiyyətVilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ
Gündəm / ŞouVilayət Eyvazovdan yeni TƏYİNAT
Cəmiyyət