Gündəm / Cəmiyyət
20 dekabr 2022
9
Bakıda iki maşın toqquşub, 3 nəfər ölüb - YENİLƏNİB

Xəzər rayonu Qala-Türkan yolunda ağır yol qəzasənda 1 nəfər xəsarət alıb, 3 nəfər ölüb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toqquşub.
Hadisədə “VAZ-2107” avtomobilin sürücüsü 1959-cu il təvəllüdlü Qurban Əliyev, sərnişinləri - 2009-cu il təvəllüdlü Lütfəlizadə Aminə və bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib.
Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
xxx
18:17
Xəzər rayonunda Qala-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hunday” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, “VAZ-2107” avtomobilin sürücüsü və sərnişini olan azyaşlı ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Daha çox xəbər:

Gəncədə qonşular arasında kütləvi dava: Bir nəfər öldü, “VAZ 2107” sürücüsü saxlanıldı - YENİLƏNİB
Gündəm / Hadisə
Qusarda qəza - Ölən var
Gündəm / Hadisə
İki “VAZ” toqquşdu: sərnişin ön şüşədən yola düşdü - VİDEO
Hadisə
Balakəndə ağır qəza - 2 nəfər öldü
Gündəm / Hadisə
Pirallahı rayonunda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb
Gündəm / Hadisə