Siyasət / Sosial / Səhiyyə
22 avqust 2020
62
Nazirlər Kabineti icbari tibbi sığorta ilə bağlı qərarın izahını verdi
Milliinfo.az
Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərarın izahını verib.Nazirlər Kabinetindən "Report"a bildirilib ki, qərara əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta fondunun maliyyə mənbələrinin 4 faizi həcmində sığorta ehtiyatı yaradır.
Həmin vəsaitdən inflyasiya, məzənnə dəyişikliyi, hərbi yaxud fövqəladə vəziyyət elan olunduqda və ya digər gözlənilməyən proseslərin təsiri ilə Agentliyin xərcləri artdıqda istifadə olunur.
Sığorta ehtiyatlarının istifadəsinə əsas verən hallar və həmin halların baş verməsi zamanı ehtiyatların istifadə olunması Agentliyin qərarı əsasında müəyyən olunur və Agentliyin sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək məqsədi daşıyır.
Daha çox xəbər:
Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq
Səhiyyəİcbari Sığorta Bürosundan avtomobil sahiblərinə müraciət
Cəmiyyət / SosialMingəçevir Dövlət Universitetində sığorta işinin təşkili və təbliği mövzusunda təlim keçirilib
CəmiyyətMilli Məclis işsiz şəxslərə güzəşt edilməsinə dair sənədi təsdiqlədi
İqtisadiyyat / SosialDövlət İmtahan Mərkəzi sığortaçı seçib
İqtisadiyyat