Cəmiyyət
28 iyun 2020
93

Mingəçevir Dövlət Universitetində sığorta işinin təşkili və təbliği mövzusunda təlim keçirilib

Milliinfo.az

Mingəçevir Dövlət Universitetində sığorta işinin təşkili və təbliği mövzusunda təlim keçirilib



Mingəçevir Dövlət Universitetində sığorta işinin təşkili və təbliği mövzusunda təlim keçirilib


Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində könüllülərlə sığorta işinin təşkili və təbliği ilə bağlı təlim keçirilib.

“Azərbaycanda sığorta bazarının inkişaf istiqamətləri” mövzusuna həsr edilmiş təlim Microsoft Teams platforması üzərindən distant formada təşkil olunub. Tədbiri açan Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru əvəzi, professor Veysəl Əyyubov Prezident İlham Əliyev tərəfindən ölkədə sığortanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. Sığortanı milli iqtisadiyyatın davamlı inkişafına ciddi təsir edən aparıcı maliyyə alətlərindən biri kimi dəyərləndirib.

Azərbaycan Xalq Sığorta Şirkətinin satış üzrə agenti Fərid Abuşov çıxış edərək sığortanın mahiyyəti, sığorta sektoru, könüllü və icbari sığorta növləri, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası barəsində ətraflı məlumat verib. Qeyd edilib ki, sığorta şirkətləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq razılaşmaları əsasında iri sığorta risklərinin birgə idarəolunması, sığorta daxılları, daxili təkrar sığorta sisteminin genişləndirilməsi, qabaqcıl təcrübənin bölüşdürülməsi, birgə maarifləndirmə, təbliğat və reklam tədbirləri, məlumat mübadiləsi və digər istiqamətlərdə işlər görülməlidir. Sığorta bazarında əlverişli tariflər (qiymətlər) formalaşmalı, müştərilər üçün əlçatan olmalıdır. F.Abuşov bununla bağlı tövsiyələri diqqətə çatdırıb.

Təlimə dəvət olunan Azərbaycan Sənaye Sığorta Şirkətinin qəza meneceri Elməddin Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Mingəçevir KOB dostu Ayaz Ədilov çıxış edərək Azərbaycanda sığorta işi sahəsində mövcud normativ-hüquqi aktlar, sığortanın insanların sosial müdafiəsi baxımından əhəmiyyəti və digər məsələlər barədə məlumat verib, sığortanın praktiki xüsusiyyətlərinə dair fikirlərini bölüşüblər.

Təqdimatlardan sonra iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb, müvafiq mövzular üzrə müzakirələr aparılıb.