Cəmiyyət / Sosial
30 aprel 2020
49

İcbari Sığorta Bürosundan avtomobil sahiblərinə müraciət

Milliinfo.az

İcbari Sığorta Bürosundan avtomobil sahiblərinə müraciət



İcbari Sığorta Bürosundan avtomobil sahiblərinə müraciətAvtomobillərin dövlət nömrə nişanları dəyişdirilərkən, icbari sığorta şəhadətnaməsinə xitam verilməyibsə, yeni şəhadətnamənin alınmasına ehtiyac yoxdur.

"Report" xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun (İSB) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Daxili İşlər Nazirliyi hərəkətdə olan avtomobillərini xüsusi qurğular vasitəsi ilə aşkarlayan avtomobilin dövlət qeydiyyat nişanı dəyişsə belə, köhnə sığorta şəhadətnaməsi qüvvədə olduğu təqdirdə heç bir cərimə tətbiq edilməyəcək. Bu barədə məlumat İSB-nun Elektron İnformasiya Sistemində mövcuddur.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” qanunun xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulub. Bu sığorta avtonəqliyyat vasitələrinin ölkə ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.