İqtisadiyyat
09 iyun 2020
32

Ukrayna aviareyslərin bərpası üçün Azərbaycanla müzakirələr aparır

Milliinfo.az

Ukrayna aviareyslərin bərpası üçün Azərbaycanla müzakirələr aparır



 Ukrayna aviareyslərin bərpası üçün Azərbaycanla müzakirələr aparır


Ukrayna Xarici İşlər Nazirliyi ikitərəfli hava əlaqəsinin bərpası üçün bir sıra ölkələrlə aktiv müzakirələr aparır.
“İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində Xarici İşlər nazirinin müavini Yevgeni Yenin deyib.

Nazir müavininin sözlərinə görə, Ukrayna tezliklə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Türkiyə və Kiprə aviareysləri aça bilər.

O bildirib ki, Ukrayna ilk olaraq koronavirusla bağlı epidemioloji vəziyyət nəzarətdə olan ölkələrlə aviareysləri bərpa edəcək.

Ukraynadan həmin ölkələrə gedən vətəndaşlar səfərdən öncə koronavirusla bağlı testin cavabına dair arayışı əldə etməlidirlər.