Cəmiyyət / Sosial
29 aprel 2020
35
Aİ Azərbaycanda 500-dən çox ehtiyacı olan ailəyə yardım edəcək
Aİ Azərbaycanda 500-dən çox ehtiyacı olan ailəyə yardım edəcək
Avropa İttifaqı (Aİ) Azərbaycanda COVID-19 pandemiyasının təsirini azaltmaq üçün ehtiyacı olan ailələrə, eləcə də əlil gənclərə dəstək kampaniyasını maliyyələşdirəcək.
“Report” xəbər verir ki, kampaniya çərçivəsində “UNICEF Azərbaycan” və ASAN könüllülərinin iştirakı ilə artıq Azərbaycanda 213 ailəyə əsas ərzaq məhsullarından ibarət bağlamalar verilib. Bu aksiya gələn həftə də davam edəcək və yardım ümumilikdə 500-dən çox ehtiyacı olan ailəyə çatacaq.
Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə üzrə Danışıqlar Departamentinin baş direktorunun müavini Katarina Maternova koronavirus pandemiyasının “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrə təsirinə dair keçirilən onlayn brifinq zamanı COVID-19-un Avropanı Şərq qonşularından bir qədər əvvəl “vurduğunu” qeyd edib. Bununla belə, Aİ “Şərq Tərəfdaşlığı” proqramı ölkələri ilə üç istiqamətdə - humanitar və tibbi ehtiyaclar; tərəfdaş ölkələrdə tibb sektorunun inkişafına dəstək; pandemiyanın səbəb olduğu iqtisadi böhranla mübarizədə dəstək yönündə əməkdaşlıq edərək koronavirus pandemiyasının fəsadları ilə mübarizədə töhfə verməyə hazırdır.
“Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” proqramının üç ölkəsinə - Gürcüstan, Ukrayna və Moldovaya iqtisadi yardım paketi ayırıb. Həmçinin Azərbaycanda 500-dən çox ehtiyacı olan ailəyə dəstək verəcəyik”, - K.Maternova vurğulayıb.
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.
Daha çox xəbər:
Azərbaycanda respondentlərin 69%-i Aİ ilə münasibətləri yaxşı qiymətləndirir - SORĞU
Siyasət / Dünya“Şərq Tərəfdaşlığı” sammiti: Paşinyan növbəti dəfə dilinin bəlasına düşdü - TƏHLİL
DünyaMədəniyyət işçiləri yaşlı həmkarlarını ziyarət ediblər
Mədəniyyət“ASAN Könüllüləri” Təşkilatı “Coca Cola Fondu” ilə birgə sosial yardım layihəsinə başlayır
Cəmiyyət / SosialAzərbaycanda çörək və benzinin qiyməti bahalaşacaqmı? - Açıqlama
Gündəm