Siyasət / Dünya
18 iyun 2020
45
Azərbaycanda respondentlərin 69%-i Aİ ilə münasibətləri yaxşı qiymətləndirir - SORĞU
Milliinfo.az
Azərbaycanda rəyi soruşulan respondentlərin 69%-i hesab edir ki, Avropa İttifaqı (Aİ) ilə rəsmi Bakı arasında yaxşı münasibətlər var.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Aİ-nin “EU Neighbours East” (Aİ-nin şərq qonşuları) layihəsi çərçivəsində əhali arasında sosioloji sorğu keçirilib.
Rəyi soruşulanların 13%-i ittifaqla münasibətləri pis qiymətləndirib, 18%-i isə suala cavab verə bilməyib.
Azərbaycanlı respondentlər arasında Aİ-yə inam göstəricisi 41% təşkil edib.
Sorğunun nəticələrinə görə, Azərbaycan vətəndaşlarının 44%-i ittifaqla bağlı pozitiv, 35%-i neytral, 9%-i isə neqativ təsəvvürə malikdir.
Qeyd edək ki, sorğu bu ilin fevral-mart aylarında Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin hər birində 1 000 nəfər şəxs arasında birbaşa müsahibə yolu ilə aparılıb.
Azərbaycanda respondentlərin 69%-i Aİ ilə münasibətləri yaxşı qiymətləndirir - SORĞU

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Aİ-nin “EU Neighbours East” (Aİ-nin şərq qonşuları) layihəsi çərçivəsində əhali arasında sosioloji sorğu keçirilib.
Rəyi soruşulanların 13%-i ittifaqla münasibətləri pis qiymətləndirib, 18%-i isə suala cavab verə bilməyib.
Azərbaycanlı respondentlər arasında Aİ-yə inam göstəricisi 41% təşkil edib.
Sorğunun nəticələrinə görə, Azərbaycan vətəndaşlarının 44%-i ittifaqla bağlı pozitiv, 35%-i neytral, 9%-i isə neqativ təsəvvürə malikdir.
Qeyd edək ki, sorğu bu ilin fevral-mart aylarında Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin hər birində 1 000 nəfər şəxs arasında birbaşa müsahibə yolu ilə aparılıb.

Daha çox xəbər:

Aİ Azərbaycanda 500-dən çox ehtiyacı olan ailəyə yardım edəcək
Cəmiyyət / Sosial
"Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini bir daha ortaya qoydu"
Siyasət
Bakı ilə Kiyev arasında birbaşa aviareysin təşkili planlaşdırılır
Cəmiyyət / Sosial
Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
Siyasət
Azərbaycan-Türkiyə əlaqələri son 25 ildə.BİR MİLLƏT İKİ DÖVLƏT.
Mədəniyyət