Dünya
28 iyun 2020
37
Nazir: Gürcüstan hələlik beynəlxalq aviareysləri qəbul etməyə hazır deyil
Milliinfo.az
Gürcüstan beynəlxalq aviauçuşların bərpasını təxirə saldı. Ona görə ki, Gürcüstan hələlik eyni vaxtda müxtəlif ölkələrdən gələcək sərnişinləri qəbul etməyə hazır deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat naziri Natia Turnava söyləyib. Nazir deyib ki, Gürcüstan iyulun 1-dən beynəlxalq aviauçuşları bərpa etmək niyyətində idi. Lakin koronavirusla bağlı mövcud vəziyyət səbəbindən bu qərarın icrası daha bir ay təxirə salındı.
Onun sözlərinə görə, həm regionda, həm də dünyada epidemioloji vəziyyəti birmənalı qiymətləndirmək olmaz. Bir çox ölkələr beynəlxalq aviareysləri qəbul etməyə hazır deyil.
Nazir onu da bildirib ki, hazırda çarter reyslər həyata keçirilir və artıq üç marşrut müəyyən olunub.

Daha çox xəbər:
Ukrayna aviareyslərin bərpası üçün Azərbaycanla müzakirələr aparır
İqtisadiyyatQazaxıstanla Azərbaycan arasında aviareyslərin bərpası iyulun 1-dən sonra müzakirə ediləcək
İqtisadiyyatXİN başçısı: "Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmək mümkün deyil"
Siyasət / DünyaSergey Lavrov: BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bağlı müzakirələr başlanır
Siyasət / DünyaKoronavirusa görə Gürcüstan parlamentində tətil elan olunub
Dünya