Gündəm / Siyasət
12 aprel 2023
0
Dəniz suyundan içməli su istehsal ediləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb.
Sərəncam “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzalanıb.
Sərəncama əsasən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.
Sənədlə Nazirlər Kabineti və bir sıra qurumlara uyğun tapşırıqlar verilib.
Daha çox xəbər:
İki rayonun su təchizatının yaxşılaşdırılması ilə bağlı SƏRƏNCAM
Gündəm / Siyasət“Azərbaycan” İES-də modernizasiya işləri aparılacaq - SƏRƏNCAM
Gündəm / SiyasətPrezident SƏRƏNCAM İMZALADI
SiyasətHökumət, “Masdar” və “AccessBank” arasında razılaşma təsdiq edildi
Gündəm / Siyasətİlham Əliyev SƏRƏNCAM İMZALADI
Siyasət