Gündəm / Dünya
12 aprel 2023
0
"Rus əsgəri ukraynalı hərbçinin başını kəsib" - Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski rus əsgərlərinin ukraynalı əsir əsgərin başını kəsməsi ilə bağlı iddialara münasibət bildirib.
O, bu barədə sosial media hesabından verdiyi video açıqlamada danışıb. Belə ki, Zelenski, “Bütün dünya ukraynalı məhbusun öldürüldüyü görüntüyə baxmalıdır” deyə çağırış edib.
“Bu, təsadüf deyil, epizod deyil. Daha əvvəl də olmuşdu. Buçada belə oldu. Hər bir lider buna reaksiya verməlidir. Zamanın keçməsini gözləmək lazım deyil. Biz heç nəyi unutmayacağıq, qatilləri bağışlamayacağıq. Hər şeyə görə hüquqi məsuliyyət olacaq. Terrorçu uduzmalıdır”.
Liderlərin belə bir təqibə reaksiya vermədiyi təqdirdə dünyanın başa düşməyəcəyini şərh edən Zelenski, “Biz indi hərəkətə keçməliyik. Ukraynada biz maksimum diqqəti cəbhəyə yönəltməli, bacardıqca kömək etməliyik, işğalçıları torpaqlarımızdan qovmalıyıq",- deyib.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) iddia edilən edamla bağlı araşdırmalara başladığını açıqlayıb.
Daha çox xəbər:
Zelenskidən Gürcüstandakı aksiyaya reaksiya
Gündəm / DünyaUkraynalı mütəxəssislər Polşaya düşən raketi araşdıracaq
Gündəm / Dünya"Ukraynanın gələcəyi bundan asılıdır" - Zelenski
Gündəm / DünyaZelenski Azərbaycan əsilli zabitə “Ukrayna Qəhrəmanı” adı verdi - FOTO
Gündəm / DünyaUkraynada daha bir qondarma respublika... - Zelenski
Gündəm / Dünya