Gündəm / Dünya
17 may 2022
26
Zelenski Azərbaycan əsilli zabitə “Ukrayna Qəhrəmanı” adı verdi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli ukraynalı baş leytenanta fəxri ad verib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” hesabında paylaşım edib.
“Ukrayna Prezidenti Volodimir Zelenski 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, Azərbaycan əsilli ukraynalı, baş leytenant Kirill Ağasıyev Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adını verib”, - deyə diplomat qeyd edib.



Daha çox xəbər: