Gündəm / Dünya
20 aprel 2023
1
ABŞ qırıcıları Alyaska yaxınlığında Rusiyanın iki strateji bombardmançısını nəzarətə götürüb

ABŞ qırıcıları Rusiyanın iki “Tu-95” strateji bombardmançı təyyarəsini nəzarətə götürüb.
Bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NOPAD) mətbuat xidməti məlumat yayıb.
NOPAD personalı Alyaska Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına daxil olan və fəaliyyət göstərən iki Rusiya təyyarəsini aşkarlayıb, izləyib, dəqiq təsbit edib və nəzarətə götürüb. Bildirilib ki, nəzarətə götürmə “F-16” və “F-22” qırıcıları tərəfindən gerçəkləşdirilib.
Rusiya təyyarəsi beynəlxalq hava məkanında qalıb və ABŞ ilə Kanadanın hava məkanına daxil olmayıb. Komandanlıq qeyd edib ki, bu cür uçuşlar mütəmadi baş verir və təhlükə və ya təxribat xarakterli hərəkətlər hesab edilmir.

Daha çox xəbər:

Rumıniya Hərbi Hava Qüvvələrinin qırıcıları Moskva-İstanbul təyyarəsini müşayiət edib
Gündəm / Dünya
İlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb
Cəmiyyət
Türkiyə qırıcıları Bakı səmasında
Cəmiyyət
Rusiya Zaporojye AES-i nəzarətə götürdü
Gündəm / Dünya
ABŞ hava məkanını Rusiya təyyarələrinə bağlayır
Gündəm / Dünya