Gündəm / Cəmiyyət
16 iyun 2023
0
Laçın postu bağlandı - Bakının şərti məlumdur
“Ermənistanın təxribat hücumundan sonra Azərbaycan Laçın postunu bağlayıb. İrəvan təxribata görə məsuliyyəti üzərinə götürməyənə, baş verənlərlə bağlı tədqiqat aparılmayana qədər post istifadəyə açılmayacaq”.
Milliinfo.az Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Azərbaycana qarşı təxribatlarının nəticələrini şərh edən ekspert Asif Nərimanlı bildirib.
A.Nərimanlı qeyd edib ki, Qarabağdan erməni əhalisinin Ermənistana gedişi və geri qayıtması, o cümlədən yüklərin daşınması təxirə salınır:
“Bakının şərti məlumdur, hərçənd İrəvanın bunu edəcəyi, yaxud qısa zamanda edəcəyi inandırıcı görünmür, xüsusilə Ermənistan rəhbərliyi postun bağlanmasını beynəlxalq müstəviyə çıxarmağa, Azərbaycana təzyiq etməyə çalışa bilər”.
Onun sözlərinə görə, postun bağlanması Qarabağdakı vəziyyəti də dəyişir, xüsusilə erməni əhalisinin təminatı məsələsi aktuallaşır. Mümkündür ki, Azərbaycan mövcud vəziyyətdə iki istiqamətdə hərəkət edəcək:
“Birincisi, erməni əhalisinin bütün ehtiyaclarını özü təmin edəcək:
- bundan öncə də rəsmi Bakı ermənilərin ehtiyacını təmin etməyə hazır olduğunu bəyan etmişdi, yeni vəziyyətdə isə bu artıq zərurətə çevrilə bilər;
- ərzaq və digər lazımi ləvazimatlar Ermənistandan yox, Bakıdan göndərilə bilər ki, əslində belə də olmalıdır, o cümlədən, sağlamlıq problemləri olan ermənilər müalicə üçün İrəvana yox, Bakıya, yaxud regionlarda müasir səhiyyə ocaqlarına, misal üçün, Gəncəyə gətirilə bilər;
- ikincisi, erməni əhalisinin təminatını üzərinə götürən rəsmi Bakı indiyə qədər “humanitar yük” adı altında Qarabağa de-fakto kənar müdaxilələrin qarşısını alacaq;
Bu baş verərsə, erməni əhalisinin reinteqrasiyası və Xankəndidə mərkəzi hakimiyyətin bərpası istiqamətində böyük irəliləyiş əldə edə bilərik”.
Daha çox xəbər:
İrəvandakı partlayışın hədəfi PAŞİNYANDIR? - Onu öldürə bilərlər...
Gündəm / DünyaAzərbaycan Laçın yoluna nəzarəti bərpa etdi - "Hraparak"
Gündəm / Siyasət“Caliber”: Laçın dəliyi, erməni yaraqlıları və Qarabağdakı “sülhməramlı” özbaşınalıq - VİDEO
Gündəm / Siyasət“Əliyevlə Paşinyan sülh müqaviləsini Tbilisidə imzalayacaq” - Erməni KİV
Gündəm / SiyasətErmənistan təxribata cəhd etsə, ağır itkilər verəcək - AÇIQLAMA
Gündəm / Şou