Gündəm / Hadisə
10 iyul 2023
0
Vəzifəli şəxsdən pul alarkən tutuldular - Restoranda əməliyyat
Sabirabad şəhərində yerləşən “Narşərab” restoranında polis tərəfindən əməliyyat keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, əməliyyat zamanı iki nəfər saxlanılıb.
Bildirilib ki, rayon sakini, 1986-cı il təvəllüdlü Həsənov Azər Qərib oğlu və Əmirov Zamin Mirsəftər oğlu Sabirabad MRX publik hüquqi şəxsin inzibati işlər üzrə direktor müavininindən hədə-qorxu yolu ilə pul tələb ediblər. Onlar direktor müavini Bayram Mikayılova barəsində rüsvayedici məlumatlar yayacaqlarını bildirərək 15 min manat pul tələb ediblər.
İyunun 27-si və iyulun 5-də vəzifəli şəxdən 2500 manat alan şəxslər növbəti gün – iyulun 6-da Sabirabaddakı “Narşərab” restoranında növbəti görüş təyin ediblər. Onlar restoranda B.Mikayılovdan 2600 manatı alarkən polisin keçiridyi əməliyyatla saxlanılıblar.
Saxlanılan şəxslərin barəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş başlanılıb.
Onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.

Daha çox xəbər:

Vətəndaşlardan pul tələb edən reket jurnalistlər saxlanıldı
Gündəm / Hadisə
Həbs edilən sayt rəhbəri azadlığa buraxıldı
Gündəm / Cəmiyyət
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı
Gündəm / Hadisə
Azərbaycanda qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər
Hadisə
Həkimi şantaj edən baş redaktor HƏBS EDİLDİ
Gündəm / Siyasət