Gündəm / Cəmiyyət
15 aprel 2022
36
Həbs edilən sayt rəhbəri azadlığa buraxıldı

Jurnalist, Masallı rayonunda dərc olunan "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov azadlığa buraxılıb.
Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
Z.Əmənovun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib.
Qeyd edək ki, "cenub.az" xəbər portalının rəhbəri Z.Əmənov bir neçə gün əvvəl Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
İddialara görə, Z.Əmənov Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyevdən hədə-qorxu yolu ilə pul alıb.

Daha çox xəbər:

Həbs edilən sabiq polis mayoru AZADLIĞA BURAXILDI
Gündəm / Hadisə
Afət Fərmanqızının əri azadlığa buraxıldı
Gündəm / Cəmiyyət
Həkimi şantaj edən baş redaktor HƏBS EDİLDİ
Gündəm / Siyasət
Vətəndaşlardan pul tələb edən reket jurnalistlər saxlanıldı
Gündəm / Hadisə
Həbs edilən sabiq icra başçısı azadlığa BURAXILDI
Gündəm / Hadisə