Gündəm / Cəmiyyət
03 fevral 2022
39
Afət Fərmanqızının əri azadlığa buraxıldı
Tanınmış müğənni Afət Fərmanqızının əri, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Mamed Nanacanov sərbəst buraxılıb.
M.Nanacanov araşdırma müddəti ərzində 48 saat saxlanıldıqdan sonra azadlığa çıxıb. Hazırda Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə başlanan cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, müğənninin əri Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur.
M.Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (Xuliqanlıq; silahdan istifadə edilməklə törədildikdə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə təqsirləndirilir.

Daha çox xəbər:

Azərbaycanda qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər
Hadisə
Mövlam Şixəliyev 14 milyon manat rüşvət alıb
Gündəm / Cəmiyyət
Həkimi şantaj edən baş redaktor HƏBS EDİLDİ
Gündəm / Siyasət
Hakim məhkəmədə ağlayan Ata Abdullayevə HÖKM OXUDU
Gündəm / Cəmiyyət
Hərbçiləri şantaj edən şəxslər barəsində cinayət işi açıldı
Hadisə