Gündəm / Siyasət
20 iyul 2023
0
Bu qaydalara dəyişiklik edildi - QƏRAR

Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.
Bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, Qaydalara aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilib:
“1.5-1. Qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti aktlarının, icra hakimiyyətinin nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölümün dövlət qeydiyyatı aparılarkən yer adları mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Ermənistan Respublikasındakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır.”.
2. 9.11-ci bənd aşağıdakı redaksiyada verilsin:
“9.11. Verilən təkrar şəhadətnamələrdə və arayışlarda yer adları həmin sənədlərin verildiyi gün mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Təkrar şəhadətnamələrdə və arayışlarda Ermənistan Respublikasındakı yer adları yazılarkən bu Qaydanın 1.5-1-ci bəndinin tələbləri tətbiq edilir.”.

Daha çox xəbər:

Ölüm barədə elektron qaydada məlumat verilməyənlər məsuliyyət daşıyacaq
Gündəm / Cəmiyyət
İcbari tibbi sığorta üzrə dövlət büdcəsi hesabına sığorta haqqının ödənilməsi müddəti və qaydası dəyişib
Sosial / Səhiyyə
Baş nazirdən Dövlət büdcəsi ilə bağlı QƏRAR
Gündəm / Siyasət
Baş nazir “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik etdi
Siyasət
Təhvil verilən 10 erməni hərbçisinin ADLARI
Gündəm / Cəmiyyət