Gündəm / Siyasət
14 may 2022
20
Baş nazirdən Dövlət büdcəsi ilə bağlı QƏRAR
Nazirlər Kabineti “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 10 yanvar 2020-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərarda deyilir ki, “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi barədə” 24 dekabr 2021-ci il 24 dekabr tarixli qanunun icrasını təmin etmək məqsədilə “Dövlət büdcəsinin sair daxilolmalarının proqnozu” anlayışından “dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanılmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanılan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar” çıxarılsın.
Bundan başqa, dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanılmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanılan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmaların proqnozunun növbəti büdcə ilində dövlət büdcəsinə gözlənilən daxilolmaların məbləği müvafiq təkrar borc sazişlərinin şərtləri (kreditin qaytarılması və ona hesablanmış faizlərin ödəniş qrafikləri) əsasında müəyyən edilməsinə dair bənd də mövcud qərardan çıxarılıb.
Daha çox xəbər:
Milli Məclisin plenar iclaslarında gələn ilin büdcəsinin müzakirəsi başlayır - Bu gündən
Gündəm / Siyasətİcbari tibbi sığorta üzrə dövlət büdcəsi hesabına sığorta haqqının ödənilməsi müddəti və qaydası dəyişib
Sosial / SəhiyyəBaş nazir bir sıra sənədlərdən “əlil” və “qüsur” sözlərinin çıxarılması ilə bağlı qərar verdi
Gündəm / Cəmiyyət / SosialBu qurumlara iki ay vaxt verildi - Baş nazirdən SƏRƏNCAM
Gündəm / SiyasətƏli Əsədov Artur Rasi-zadənin imzaladığı qərarları ləğv etdi
Gündəm / Siyasət