Gündəm / Siyasət
21 iyul 2023
1
İRNA agentliyi yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq
İranın dövlət informasiya agentliyi İRNA yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq.
Bu barədə Şuşa Qlobal Media Forumunda məlumat verilib.
Agentliyin Azərbaycanda nümayəndəlik açmasına münasibət bildirən Prezident İlham Əliyev bildirib ki, “İRNA Azərbaycan” iki ölkə arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərəcək.
“Düşünürəm ki, ən yaxşı üsul auditoriyanızı, İrandakı auditoriyanızı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır. Əlbəttə, yaxşı olardı ki, İranda daha çox insan İkinci Qarabağ müharibəsi və postmüharibə vəziyyəti haqqında, xüsusilə Azərbaycanın daha geniş regional əməkdaşlıq gündəliyi haqqında məlumatlı olsun”, - deyən dövlətimizin başçısı bu media orqanının fəaliyyətinə uğurlar arzulayıb.
Daha çox xəbər:
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edəcək
Gündəm / SiyasətAzərbaycan Kürdüstanda baş konsulluq AÇACAQ
Gündəm / Siyasət"Mediamızda sağlamlaşma prosesi uğurla gedir" - Prezident
Gündəm / Siyasət"Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq" - İlham Əliyev
Gündəm / Siyasət“Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir” - Prezident
Gündəm / Siyasət