Gündəm / Cəmiyyət
26 iyul 2023
0
Qoca Səmədov azadlığa buraxıldı
Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb.
Milliinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Qeyd edək ki, 2019-cu ilin dekabrında DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunan Səmədov vətəndaşların ictimai işlərə cəlb edilməsi məqsədilə əməkhaqqı kimi ayrılan vəsaitləri ələ keçirməkdə suçlanır. İddia olunur ki, müxtəlif dövlət orqanlarına işçi kimi rəsmiləşdirilmiş 133 nəfər üçün açılan maaş kartlarından çıxarılan 236 min manat vəsaiti sabiq icra başçısı mənimsəyib. Səmədov həmçinin, 2017-2019-cu illərdə Yevlaxda abadlıq işləri üçün büdcədən ayrılan və müxtəlif şirkətlərin hesablarına köçürülmüş vəsaitlər nağdlaşdırılandan sonra onun 616 min manatını geri alıb mənimsəməkdə ittiham edilirdi.
Səmədov və ondan sonra həbs olunan Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarının icra başçılarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə kimi ittihamlar irəli sürülmüşdü.
Daha çox xəbər:
Həbs edilən sabiq icra başçısı azadlığa BURAXILDI
Gündəm / HadisəHəbs edilən icra başçısı apellyasiya şikayəti verdi
Gündəm / CəmiyyətHəbs edilən sabiq icra başçısının məhkəməsinin vaxtı bilindi
Gündəm / CəmiyyətSabiq icra başçısının cinayət işinə xitam verildi, müavininin cəzası azaldıldı
Gündəm / CəmiyyətTəhsil müəssisələrində pandemiya dövründə tibbi xidmət necə qurulmalıdır?
Gündəm / Cəmiyyət / Hadisə