Gündəm / Siyasət
10 oktyabr 2023
1
Bakıda “Korkut Ata” Türk Dünyası Film Festivalının zirvə görüşü keçirilib - YENİLƏNİB
Bakıda III “Korkut Ata” Türk Dünyası Film Festivalının Zirvə görüşü keçirilib.
Tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Kino Agentliyi, Bakı Media Mərkəzi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə baş tutub.
11:00
Oktyabrın 8-dən start götürən III “Korkut Ata” Türk Dünyası Film Festivalının Zirvə görüşü keçirilir.
festival Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Kino Agentliyi, Bakı Media Mərkəzinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə reallaşır.
Festivalın məqsədi türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq xalqların bu məkana inteqrasiyasına töhfə verməkdir.
2021-ci ildən təşkil olunan festival ilk dəfə Türkiyənin İstanbul şəhərində, ikinci dəfə isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib.
Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabarda-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub.
“Report”
Daha çox xəbər:
“Qarabağ” klubu haqqında filmin çəkilişləri başa çatıb
Gündəm / CəmiyyətBu gün Türk Şurası dövlət başçılarının 8-ci Zirvə görüşü keçiriləcək
Gündəm / SiyasətŞuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Gündəm / MədəniyyətŞuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
Gündəm / MədəniyyətŞuşada ilk beynəlxalq uşaq rəqs festivalı keçiriləcək
Gündəm / Cəmiyyət