Gündəm / Mədəniyyət
09 may 2023
0
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır.
Dünəndən festival iştirakçıları artıq Şuşaya gəlməkdədirlər.
Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edirlər.
9-11 may tarixlərində davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunurlar.
Daha çox xəbər:
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Gündəm / MədəniyyətBu gün Xarıbülbül festivalı başlayır
Gündəm / MədəniyyətŞuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi
Gündəm / MədəniyyətPrezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM
Gündəm / SiyasətTanınmış mədəniyyət xadimləri Şuşada
Gündəm / Mədəniyyət