Gündəm / Siyasət
06 dekabr 2022
10
Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Qeyd edək ki, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Daha çox xəbər:

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi
Gündəm / Mədəniyyət
Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq
Gündəm / Cəmiyyət
Türk Dövlətləri Təşkilatının II Diaspor Forumu baş tutub - FOTO
Gündəm / Cəmiyyət
Şuşa adından istifadə ilə bağlı layihə qəbul edildi
Gündəm / Cəmiyyət
Baş nazirdən Şuşa ilə bağlı QƏRAR
Siyasət