Siyasət
25 noyabr 2021
45
Baş nazirdən Şuşa ilə bağlı QƏRAR
Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı təsdiqlənib."Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycanın 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Nazirlər Kabineti tərəfindən müvafiq Qərarın qəbul edilməsi Şuşa şəhəri ərazisindəki tarix-mədəniyyət abidələrinin qorunması, salamatlığının təmin edilməsi, quruluşuna xələl gətirilməməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasına hüquqi zəmin yaradır, həmçinin ərazidə qoruq rejiminin tətbiqinə imkan verir. Bununla Şuşa şəhərinin tarix və mədəniyyət abidələrinin dövlət tərəfindən mühafizəsi gücləndirilir.

Daha çox xəbər:

Baş nazir QƏRAR İMZALADI
Gündəm / Siyasət
Baş nazir bir sıra sənədlərdən “əlil” və “qüsur” sözlərinin çıxarılması ilə bağlı qərar verdi
Gündəm / Cəmiyyət / Sosial
Baş nazirdən Səhiyyə nazirliyi ilə bağlı QƏRAR
Gündəm / Siyasət
Baş nazirdən Kooperasiya Universiteti ilə bağlı QƏRAR
Gündəm / Cəmiyyət
Baş nazirdən qrant müqavilələri ilə bağlı QƏRAR
Gündəm / Siyasət