Gündəm / Cəmiyyət
20 oktyabr 2023
2
İranın bəzi şirkətlərinin Azərbaycana kartof gətirməsinə qadağa qoyuldu
İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub.
Milliinfo.az Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, tədbirlər çərçivəsində İrandan idxal olunan “Hame Fan Harifan Khedmat Gostar”, “Shayan Sam Milad” və “Amin Tejarat Atlas Darya” şirkətlərinə məxsus ərzaqlıq kartof məhsulu partiyalarından agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən zərərli orqanizm - halqavari bakterial çürümə xəstəliyi (“Clavibacter michiganensis subsp. sepedonicus”) və kartofun qonur çürümə bakteriyası (“Ralstonia solanacearum”) aşkarlanıb.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 2023-cü il 23 oktyabr tarixindən etibarən qeyd olunan ixracatçıların ərzaqlıq kartof məhsulunun ölkəmizə idxalına müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildirişlər göndərilib.
Daha çox xəbər:
Rusiyadan Azərbaycana gətirilən kartofda zərərverici aşkarlandı
Gündəm / CəmiyyətAzərbaycandan bu ölkəyə QADAĞA - RƏSMİ
Gündəm / İqtisadiyyatAzərbaycan Rusiya məhsuluna məhdudiyyət qoydu
Gündəm / İqtisadiyyatAzərbaycan İrandan idxal edilən bu məhsullara QADAĞA QOYDU
Gündəm / CəmiyyətDaha bir ölkədən məhsulların idxalına məhdudiyyət qoyula bilər - XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət