Gündəm / Siyasət
23 oktyabr 2023
0
Diaspor nümayəndələri Şuşada namaz qıldı - Fotolar
Tətillərini Azərbaycanda keçirməyə üstünlük verən diaspor nümayəndələrinin mədəniyyət paytaxtımız Şuşaya 11-ci səfəri baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində on birinci dəfə gerçəkləşən səfərdə 10 ölkədən gələn 22 diaspor nümayəndəsi iştirak edib.
Səfər proqramına ənənəvi olaraq “Bazarbaşı” meydanının, Cıdır düzünün, “Güllələnmiş heykəllər”in yerləşdirildiyi meydanın, Şuşa Bəyannaməsinin imzalandığı məkanın, Xurşidbanu Natəvanın evinin, “Xan qızı bulağı”nın, Molla Pənah Vaqifin məqbərəsinin, Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, Gəncə Qapısının, Saatlı, Aşağı və Yuxarı Gövhər Ağa məscidlərinin və digər görməli yerlərin ziyarəti daxil edilib. Diaspor nümayəndələrinə Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib.
Gəncə Qapısı önündə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad edən diaspor nümayəndələri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar. Səfərin sonunda isə Cıdır düzündə dövlət himninin sədaları altında Azərbaycan bayrağı açıblar. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər. Eyni zamanda onlara xüsusi diqqət və qayğı göstərən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdə xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət etməsinin önəminə diqqət cəlb edilmişdi.
Komitə 2021-ci ildə dörd dəfə (27 iyul, 17 avqust, 9 oktyabr və 2 dekabr), 2022-ci ildə üç dəfə (26 iyul, 17 avqust, 7 sentyabr), 2023-cü ildə isə üç dəfə (29 iyun, 8 iyul, 27 iyul) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm hadisələrindən biridir.
Bundan başqa, Komitə mütəmadi olaraq beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında böyük rol oynayan xarici jurnalistlərin və elm adamlarının Şuşaya, eləcə də işğaldan azad edilmiş digər rayonlara səfərlərini təşkil edir.
Daha çox xəbər:
Azərbaycanda olan diaspor nümayəndələri Şuşaya yola düşdü
Gündəm / CəmiyyətTanınmış mədəniyyət xadimləri Şuşada
Gündəm / MədəniyyətQlobal Forumun iştirakçıları Şuşanın tarixi məkanları ilə tanış olublar
Gündəm / SiyasətBu gün Türk Şurası ölkələrinin media nümayəndələri Şuşada səfərdə olacaq
Gündəm / CəmiyyətTürkiyəli nazir Şuşaya getdi - YENİLƏNİB
Gündəm / Cəmiyyət