Gündəm / Siyasət
22 iyul 2023
0
Qlobal Forumun iştirakçıları Şuşanın tarixi məkanları ilə tanış olublar
İyulun 22-də milli mətbuatımızın 148 illiyi münasibətilə Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun iştirakçıları şəhərin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.
Qonaqlar əvvəlcə Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Qonaqlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara şəhər və güllələnmiş heykəllər barədə məlumat verib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.
Qonaqlar Şuşada Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, Yuxarı Gövhər Ağa məscidi, Mehmandarovların malikanəsi, Qazançı kilsəsində olublar. Gəzinti zamanı işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə də məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib.
Sonda Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Onlar Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.
Daha çox xəbər:
Tanınmış mədəniyyət xadimləri Şuşada
Gündəm / Mədəniyyət“Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir” - Prezident
Gündəm / SiyasətPrezident “Şuşa İli” ilə bağlı Sərəncam imzaladı
Gündəm / Siyasətİlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edəcək
Gündəm / SiyasətAzərbaycanda olan diaspor nümayəndələri Şuşaya yola düşdü
Gündəm / Cəmiyyət