Gündəm / Dünya
25 oktyabr 2023
0

Antalyada ZƏLZƏLƏ


Türkiyənin Antalya vilayətində yenidən zəlzələ qeydə alınıb.

Bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Qazipaşa rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 31 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Episentr Aralıq dənizində yerləşib.