Gündəm / Dünya
10 avqust 2021
23
Türkiyədə zəlzələ oldu
Türkiyədə zəlzələ qeydə alınıb.
Milliinfo.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:36-da İzmir əyalətinin Selçuk rayonunda qeydə alınıb. Zəlzələ 3,6 maqnitudada baş verib, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur