Gündəm / Dünya
08 noyabr 2023
0

Ermənistandakı 102-ci hərbi baza ləğv oluna bilər


Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu açıqlayıb.

MAİ-nin iddiasına görə, Kremlə bağlı mənbələr bildirib ki, buna səbəb Ermənistanla ABŞ arasında artan əməkdaşlıqdır: "Ermənistan Baş Qərargahının rəisi Edvard Asiran ilə ABŞ-nin Avropa Komandanlığının müavini general-leytenant Stiven Başam arasında noyabrın 3-də görüş keçirilib. Bu, Rusiyaya qarşı növbəti rüsvayçılıqdır. Amerika ilə Ermənistan arasında artan əməkdaşlıq Rusiyanın Gümrüdəki 102-ci Hərbi Bazasını saxlamaq imkanını təhlükə altına alır".

Həmçinin məlumatda vurğulanıb ki, İrəvan son vaxtlar Moskvadan uzaqlaşır və ikitərəfli münasibətlər pisləşir.