Gündəm / Dünya
13 noyabr 2023
1
Ermənistan Parlamentində ATƏT-in iclası keçiriləcək

Noyabrın 18-20-də Ermənistan Parlamentində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının payız sessiyası keçiriləcək.
Bu barədə erməni KİV məlumat yayıb.
"Daxili və xarici çağırışlara qarşı mübarizədə Parlament Assambleyasının rolu" başlığı altında keçiriləcək iclasın İrəvanda keçirilməsi üçün spiker Alen Simonyanın adından ATƏT PA-nın prezidenti və baş katibinə rəsmi məktub göndərilib.
Qurumun üzvü olan 57 ölkənin nümayəndə heyətlərindən 300-ə yaxın deputat Ermənistanda qonaq olacaq. Cənubi Qafqaz regionu ilə bağlı məsələlər müzakirə olunacaq. İkitərəfli görüşlər də planlaşdırılır.

Daha çox xəbər:

Bakıda beynəlxalq konfrans keçiriləcək
Gündəm / Cəmiyyət
Azərbaycanlı deputatlar İrəvanda belə qorunur - VİDEO
Gündəm / Dünya
Azərbaycan, Ermənistan və Rusiya parlament formatında görüşə bilər
Siyasət
KTMT-nin növbəti iclasının vaxtı açıqlandı
Gündəm / Dünya
Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum oldu
Gündəm / Siyasət