Gündəm / Cəmiyyət
20 noyabr 2023
0
Azadlığın üçüncü ili: Bu gün Ağdam Şəhəri Günüdür

Bu gün Ağdam Şəhəri Günüdür.
İlk dəfədir ki, Ağdam Şəhəri Günü qeyd olunur.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-i Ağdam Şəhəri Günü olacaq.
Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - noyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.
Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:
26 avqust - Laçın Şəhəri Günü;
4 oktyabr - Cəbrayıl Şəhəri Günü;
17 oktyabr - Füzuli Şəhəri Günü;
20 oktyabr - Zəngilan Şəhəri Günü;
25 oktyabr - Qubadlı Şəhəri Günü;
8 noyabr - Şuşa Şəhəri Günü;
20 noyabr - Ağdam Şəhəri Günü;
25 noyabr - Kəlbəcər Şəhəri Günü.

Daha çox xəbər:

Azad olunmuş ərazilər üzrə şəhər günləri təsis olundu - SƏRƏNCAM
Gündəm / Siyasət
Bu gün Füzuli Şəhəri Günüdür
Gündəm / Cəmiyyət
Laçın şəhəri günüdür - VİDEO
Gündəm / Cəmiyyət
Azərbaycanda beş günlük bayram tətili başlayıb
Gündəm / Cəmiyyət
“Bu müqəddəs günü hər gün, hər saat yaxınlaşdırırdıq”
Gündəm / Siyasət