Gündəm / Dünya
30 noyabr 2023
0
Türkiyə-İran sərhədində ZƏLZƏLƏ
Türkiyə-İran sərhədində zəlzələ olub.
Bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.8 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
