Gündəm / Dünya
05 yanvar 2024
1

Belqorod və vilayətin 5 rayonu atəşə tutulub - Yaralılar var

Belqorod və vilayətin 5 rayonu atəşə tutulub - Yaralılar var

Son 24 saat ərzində Belqorod, Şebekinski və Qrayvoronski şəhər əraziləri, Belqorod vilayətinin Belqorod, Krasnoyaruzski və Volokonovski rayonlarının əraziləri atəşə tutulub.

Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında məlumat verib.

O, hücumun Ukrayna Silahlı Qüvvələri tərəfindən olduğunu qeyd edib:

“Belqorodda hava hücumundan müdafiə sistemi işə salınıb - 10 hava hədəfi vurulub. İki qurban var: bir nəfərin qolundan, ikincinin ayağının aşağı nahiyəsindən qəlpə yarası var. Onlar xəstəxanaya aparılıb. Atışma nəticəsində 10 çoxmənzilli binanın 92 mənzilinə, bir fərdi evə, dörd təsərrüfat subyektinə, 31 avtomobilə də ziyan dəyib ”, - Qladkov bildirib.