Gündəm / Dünya
30 may 2023
1
Moskvaya 25-ə yaxın PUA hücumu olub - Ölənlər var (YENİLƏNİB)
Moskvaya 25-ə yaxın PUA-nın hücum etdiyi məlum olub.
Bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, PUA-ların əksəriyyəti Moskva vilayətində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
***09:12
Moskvanın Lenin prospektinə PUA düşüb.
Pilotsuz təyyarənin çoxmərtəbəli yaşayış binasının yaxınlığında qəzaya uğraması nəticəsində ölənlər var.
Hadisə yerinə eyni anda bir neçə təcili yardım maşını göndərilib. Ölənlərin sayı açıqlanmayıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov öz teleqram kanalında bildirib ki, Moskvada səhər saatlarından etibarən bölgədə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir: "Bu səhər Moskva vilayətinin bəzi ərazilərinin sakinləri partlayış səslərini eşidiblər. Bundan sonra hava hücumundan müdafiə sistemimiz işə düşüb".
Onun sözlərinə görə, Moskvada artıq bir neçə pilotsuz təyyarə vurulub.
Qubernator yerli əhalidən sakit olmağı xahiş edib. Bununla yanaşı, Moskvanın Novomoskovsk rayonunda yaşayış binasında partlayış baş verib.

Daha çox xəbər:

Rusiya Ukraynanın şəhərlərini raketlərlə VURUR - YENİLƏNİB
Gündəm / Dünya
Türkiyənin yeni kamikadze PUA-sı ilk dəfə nümayiş etdirilib
Dünya
Düşmənin Mingəçevir istiqamətində uçuşa cəhd edən PUA-sı məhv edilib
Gündəm / Hadisə
TƏCİLİ! Rusiya hərəkətə keçdi - Ukraynaya ən böyük PUA hücumu
Gündəm / Dünya
Düşmənin növbəti PUA-sı məhv edildi - RƏSMİ
Gündəm