Gündəm / Dünya
01 fevral 2024
0
Ukrayna Rusiyanın raket katerini batırıb - Video
Ukrayna Baş Kəşfiyyat idarəsinin “Group 13” adlı xüsusi bölmələrinin döyüşçüləri Rusiyanın Qara dəniz donanmasına məxsus “İvanovets” raket katerini batırıblar.
Bu barədə məlumatı Ukrayna Baş Kəşfiyyat idarəsi yayıb.
Hadisənin yanvarın 31-dən fevralın 1-nə keçən gecə Rusiya tərəfindən ilhaq olunan Krımda Donuzlav gölündə baş verdiyi bildirilir.
Korpusuna endirilən birbaşa zərbələrdən sonra katerə zərər dəyib və daha sonra batıb. Məlumata görə, rusiyalı hərbçilərin Donuzlavda həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatları nəticə verməyib.
Baş Kəşfiyyat idarəsi “İvanovets”in qiymətinin təqribən 60-70 milyon dollar olduğunu bildirib.(Ukrainskaya pravda”)

Daha çox xəbər:

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri: “Krım körpüsü bir simvoldur və dağıdılacaq”
Gündəm / Dünya
Ukrayna müdafiə nazirini öldürmək İSTƏDİLƏR
Gündəm / Dünya
Rusiya Ukrayna ilə sərhəddə ballistik raket yerləşdirdi - VİDEO
Gündəm / Cəmiyyət
Rusiya sərhəddi keçən 5 ukraynalı kəşfiyyatçını ÖLDÜRDÜ - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Rusiya ordusu öz qatarını PARTLATDI
Gündəm / Dünya