Gündəm / Dünya
25 oktyabr 2022
14
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri: “Krım körpüsü bir simvoldur və dağıdılacaq”
“Krım Ukraynaya qayıdandan sonra Kerç körpüsü mövcud olmayacaq”.
Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Ukrainskaya Pravda” nəşrinə müsahibəsində bildirib.
Ölkənin baş kəşfiyyatçısından Krım körpüsündə nələrin baş verdiyi soruşulub. Budanov bu suala birbaşa cavab verməkdən yayınıb.
“Cavab vermək üçün çətin sualdır. Yaxşısı budur, bu barədə başqa vaxt danışaq. Yalnız onu deyə bilərəm ki, Krım körpüsü çox ciddi dağıntılara məruz qalıb. Bu körpü “Rusiya dünyası”nın simvollarından biridir. “Moskva” kreyseri dənizin dibinə getdi, həmçinin faktiki olaraq Krım körpüsü də. Bunlar hamısı bu rejimin sonuna o qədər də çox qalmadığını göstərən əlamətlərdir”, - deyə Budanov qeyd edib.
Mənbə: UNİAN
Daha çox xəbər:
Ukrayna Krım körpüsü terrorunda iştirakını təkzib etdi
Gündəm / DünyaKrım körpüsü yanır - Video + Fotolar
Gündəm / DünyaKrım körpüsündəki terrorun təşkilatçılarından biri ERMƏNİDİR
Gündəm / Dünya"Rusiya Krım körpüsünün dağıdılmasına icazə verməyəcək"
Gündəm / DünyaRusiya Krım körpüsünə görə Ukraynadan intiqam alacaq
Gündəm / Dünya