Gündəm / Dünya
02 fevral 2024
0

Qırmızı dənizdəki böhran ən çox bu ölkəyə TƏSİR EDİB


Yaxın Şərq münaqişəsinin kəskinləşməsi səbəbindən Qırmızı dəniz üzərindən daşımalarda yaranan fasilələrdən ən çox əziyyət çəkən Britaniya şirkətləridir.

Bu barədə Amerikanın "S&P Global" şirkətinin cümə axşamı dərc etdiyi araşdırmada deyilir.

Həmçinin, Qırmızı dənizdəki böhranın Böyük Britaniya istehsalçılarına pis təsir etdiyi qeyd edilib.

Araşdırmada Britaniya şirkətləri arasında 12% çatdırılma müddətinin artdığını bildirib. Bu göstəricidə Böyük Britaniyadan sonra Yunanıstan (9%), Fransa və Almaniya (8%) gəlir.