İdman
24 aprel 2019
68
Qırmızı soğanın faydaları bilinməyən nadir
Mütəxəssislərin fikirinə görə, qırmızı soğan ağ soğandan daha faydalıdır.
BEŞ.AZ xəbər verir ki, qırmızı soğanın tərkibində ağ soğanla müqayisədə 2 dəfə çox antioksidant maddələri var. Bu isə qırmızı soğanın güclü iltihabəleyhinə təsirini təmin edir.
Qırmızı soğan "antosian" maddələrlə zəngindir. Məhz bu maddələr ona belə qeyri-adi rəng bəxş edir. Antosian maddələri immun sistemini, qan damarları möhkəmləndirir, orqanizmdə gedən qocalma proseslərini hüceyrə səviyyəsində ləngidir, orqanizmi cavanlaşdırır. Antosian maddələri orqanizmə şişəleyhinə təsir edir.
Həmçinin, bu soğanda Kversetinin güclü spazmolitik, antihistamin, iltihabəleyhinə, ödeməleyhinə, antioksidant xüsusiyyətləri var. Nəzərə almaq lazımdır ki, faydalı maddələrin konsentrasiyası soğanın ən yuxarıda olan qatında daha çoxdur. Bu səbəbdən qırmızı soğanın qabığını ehtiyatla soymaq lazımdır.
Qırmızı soğan həzm proseslərini yaxşılaşdırır, bağırsaqlara antiseptik təsir edir, mübadilə proseslərini və piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir.
Daha çox xəbər:
Azərbaycan XİN: "Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir"
Siyasət40 günə arıqlamaq istəyənlərə MÜJDƏ: hər gün bütöv sarımsaq udmaqla...
İdmanƏn güclü smartfon təqdim edildi
SosialTürkiyədə 9 serial birdən final edir
ŞouBakı-Tbilisi-Qars dəmiryolu 1 milyonadək sərnişin daşınacaq
İqtisadiyyat