Gündəm / Dünya
05 fevral 2024
0

Husilər İtaliyanı hədələdi


Əgər İtaliya ABŞ-ın rəhbərlik etdiyi koalisiyada iştirak edərsə, bu ölkəyə məxsus gəmilər husilərin hədəfləri arasında olacaq.

Bu barədə Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi İtaliyanın "La Republika" qəzetinə müsahibəsində deyib.

“İtaliya Qəzzada İsrail və fələstinlilər arasında münaqişədə neytral olmalı və hücumları dayandırması üçün İsrailə təzyiq göstərməlidir. Bu, regionda sülhə nail olmağın yeganə yoludur”, - o bildirib.

Qeyd edək ki, fevralın 2-si İtaliyanın müdafiə naziri husilərin hücumlarından qorunmaq məqsədilə Avropa koalisiya qüvvələrinə qoşulmaq üçün ölkədən bir gəmi və bir neçə döyüşçünün Qırmızı dənizə göndəriləcəyini elan edib.