Gündəm / Dünya
18 fevral 2024
0

Erməni ordusuna yardıma hazırıq - Alman nazir



Almaniyaya işgüzar səfəri çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan və Almaniyanın milli müdafiə naziri Boris Pistorius arasında qısa görüş keçirilib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Papikyan və Pistorius Ermənistan-Almaniya əməkdaşlığının hazırkı mərhələsini müzakirə edib və əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Nazirlər həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin vacibliyini qeyd ediblər.

Almaniya tərəfi Ermənistan Silahlı Qüvvələrində aparılan islahatlara yardım etməyə hazır olduğunu bildirib.