Gündəm / Dünya
28 fevral 2024
0
Navalnının portreti olan vərəqələri yapışdıran şəxs SAXLANILIB - Həyat yoldaşı da
Rusiyanın Krasnodar məhkəməsi yerli sakin Sergey Albovu fevralın 16-da Yamal koloniyasında dünyasını dəyişən müxalif siyasətçi Aleksey Navalnının portreti olan vərəqələr yerləşdirdiyinə görə 2 sutka müddətinə həbs edib.
Məhkəmənin qərarında göstərilir ki, fevralın 19-da Albov Aleksey Navalnının şəkli və üzərində “Navalnı” yazısı olan vərəqə yapışdırıb. Məhkəmə qərara alıb ki, Albov bununla Rusiya hakimiyyəti tərəfindən ekstremist kimi tanınan “bu təşkilatların rəmzlərini təbliğ etmək və ictimai şəkildə nümayiş etdirmək məqsədi daşıyan ictimai hərəkətlər edib”.
Albov və həyat yoldaşı fevralın 21-i axşam saatlarında saxlanılıb, polis bütün gecəni dindirib və vəkilin onlarla görüşməsinə imkan verməyib. Polis ondan vərəqələr yerləşdirdiyinə görə nə qədər pul aldığını soruşduqda, o, “bir insana yas saxlamaq üçün ona pul verilmir” cavabını verib.
Albovun vəkili bildirib ki, əgər o, təqsirli bilinərsə, bu, presedent olacaq: “Bu o demək olacaq ki, Aleksey Navalnı hətta onun adı və fotosu ilə dəfn oluna bilməz, çünki bu, qanun pozuntusuna çevriləcək”.("SotaVision")

Daha çox xəbər:

“Spiegel” jurnalı: Navalnının təyyarədə yanında olan butulkada zəhər izləri tapılıb
Hadisə / Dünya
Alekseyin işini davam etdirəcəyəm - Navalnının xanımı (VİDEO)
Gündəm / Dünya
Keçmiş arvadını qətlə yetirən azərbaycanlı 20 illik həbs olundu
Hadisə
Prezidentin sözçüsü Navalnıdan danışdı
Gündəm / Dünya
Xəlil Rza Ulutürkün həyat yoldaşı dünyasını dəyişdi
Cəmiyyət