Gündəm / Dünya
04 mart 2024
0
BMT: İranda edamların sayı 43 faiz artıb
İranda 2023-cü ildə edam hökmlərinin icrasının sayı əvvəlki illə müqayisədə 43 faiz artıb.
Bu barədə BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman sonuncu hesabatında bildirib.
O, insan hüquqları üzrə 42 səhifəlik hesabatında vurğulayıb ki, 2023-cü ildə azı 834 nəfər edam olunub.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları üzrə Şurasının 55-ci sessiyası fevralın 20-də başlayıb aprelin 6-dək davam edəcək.
Cavid Rəhman Britaniya-Pakistan vətəndaşıdır. O, London Brunel Universitetinin İslam və beynəlxalq hüquq professorudur.

Daha çox xəbər:

BMT-dən İrana ÇAĞIRIŞ: Edam cəzasını ləğv edin!
Dünya
“İranda ötən həftə ərzində 40-dan çox insan öldürülüb” - BMT
Gündəm / Dünya
BMT məruzəçisi ABŞ-də hələ də sistemli irqçiliyin olduğunu AÇIQLADI
Gündəm / Dünya
18 iyun - Azərbaycanda Milli İnsan Hüquqları Günüdür
Gündəm / Cəmiyyət
BMT: “Dünya sakinlərinin dörddə biri içməli sudan məhrumdur”
Dünya