Gündəm / Dünya
11 aprel 2024
0
ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verəcək
ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verməyi planlaşdırır.
Bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinn “Azututyun” radiosuna müsahibəsində deyib.
O bildirib ki, Ermənistanın hərbi sahədə ehtiyacları ilə bağlı müzakirələr davam edir: “Artıq bir sıra məsələlərlə bağlı razılaşmalar var. Həmin razılaşmalarda zirehli "Təcili yardım" maşınlarının Ermənistana verilməsi də var. Maşınlar münaqişə zonasına daxil ola biləcəklər və həmin maşınlarda daşınan insanlar müdafiə olunacaqlar”.
Səfir vurğulayıb ki, artıq bu məsələnin həlli ilə bağlı razılıq var və hazırda onun həyata keçirilməsi istiqamətində iş aparılır.

Daha çox xəbər:

İsrail Ukraynaya gülləkeçirməz təcili yardım maşınları verib
Gündəm / Dünya
ABŞ Ermənistana daha 25 milyon dollar verəcək
Siyasət / İqtisadiyyat / Dünya
Rusiyanın hərbi maşınları Krım körpüsündə qəzaya uğradı
Gündəm / Dünya
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO
Hadisə
Bakıda təcili yardım avtomobili qəzaya düşdü
Hadisə