Gündəm / Cəmiyyət
16 aprel 2024
0
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə start verilir
Aprelin 17-dən “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə start verilir.
Ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlər 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə layihələrini təqdim edəcəklər.
Müsabiqə 3 gün davam edəcək.
Qeyd edək ki, ABŞ-nin Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (Intel International Science and Engineering Fair- ISEF) çərçivəsində ölkəmizdə artıq 13 ildir ki “Sabahın alimləri” Respublika Müsabiqəsi keçirilməkdədir.
Müsabiqənin əsas məqsədi ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.
Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ISEF) göndəriləcək.
Daha çox xəbər:
Doktorantlar üçün təhsil xərclərinin miqdarı müəyyənləşib
TəhsilLisey və gimnaziyalara şagird qəbuluna başlanıldı
Gündəm / CəmiyyətRespublika fənn olimpiadalarının qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulunun həyata keçirildiyi ixtisaslar artırılıb
TəhsilBu gün bütün orta məktəblərin IV siniflərində monitorinq keçiriləcək
Gündəm / Cəmiyyət“Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinə sənədlər onlayn qəbul olunur
Təhsil