Gündəm / Siyasət
23 may 2024
0
Ermənistan XİN-dən sülh müqaviləsi ilə bağlı daha bir açıqlama
“Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsi ilə bağlı müəyyən fikir ayrılıqları qalmaqdadır, lakin sənədin mətninin razılaşdırılması işləri davam etdirilir”.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “24News” portalına müsahibəsində bildirib.
“Biz ümidvarıq ki, vahid mətnə nail ola biləcəyik, bu istiqamətdə işlər davam etdirilir. Hər görüşdə hər iki tərəfin mövqelərini yaxınlaşdırmağa çalışırıq”, - o deyib.
Kostanyan əlavə edib ki, Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşünün tarixi hələlik razılaşdırılmayıb. Ararat Mirzoyan və Ceyhun Bayramov sonuncu dəfə mayın 11-də Almatıda görüşüblər. Tərəflər hələ də fikir ayrılıqlarının olduğu məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Daha çox xəbər:
Ermənistan XİN: "Azərbaycandan sülh razılaşması layihəsi üzrə növbəti təkliflər paketi almışıq"
Gündəm / CəmiyyətXİN Ceyhun Bayramovla Mirzoyanın görüşü ilə bağlı MƏLUMAT YAYDI - FOTOLAR
Gündəm / SiyasətCeyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşdü
Gündəm / SiyasətAzərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirildi - XİN-dən AÇIQLAMA (YENİLƏNİB)
Gündəm / SiyasətCeyhun Bayramov Lavrovla danışdı - YENİLƏNİB
Gündəm / Siyasət