Gündəm / Siyasət
06 iyun 2024
0

Belarus Ağdamda müasir aqroşəhərcik inşa etməyi planlaşdırır


Belarus Qarabağın dirçəlişinə öz konkret töhfəsini verəcək.

Bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası zamanı deyib.

Onun sözlərinə görə, əsas layihələrdən biri Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla inteqrasiya olunmuş müasir kənd təsərrüfatı şəhərciyinin, həmçinin fəhlələr və onların ailə üzvləri üçün mənzil və sosial obyektlərin yaradılması olacaq.

“Biz bu əhatəli layihənin konsepsiyasını dövlət başçılarına təqdim etməyi planlaşdırırıq”, - deyə o əlavə edib.

Hökumətlərarası komissiyanın işinin nəticəsi iclasın protokolu və qarşıdakı dövr üçün Belarus və Azərbaycan arasında qarşılıqlı fəaliyyətin yenilənmiş yol xəritəsinin imzalanması olacaq.