Gündəm / Cəmiyyət
24 avqust 2024
0

Bəzi ərazilərə yenə su gəlmir


Xəbər verdiyimiz kimi, ötən gün İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidməti bu gündən şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsinin təmin ediləcəyi ilə bağlı məlumat yaymışdı.

Bu gün səhər saatlarından etibarən paytaxtın müxtəlif ərazilərində yaşayan sakinlər suyun verilişində hələ də məhdudiyyətlər olduğunu bildiriblər. Həmin ərazilərə Suraxanı, Ramana və Yasamal daxildir.

Məsələ ilə bağlı yenidən İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidmətinə sorğu ünvanladıq. Xidmətdən bildirildi ki, suyun verilməsinə başlanılıb: “Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulmasi müvəffəqiyyətlə başa çatdırılıb. Avqustun 24-ü səhər saatlarında şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilməkdədir”.

Xatırladaq ki, bir neçə gündür, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar Bakıda suyun verilişində problemlər yaşanır.