Gündəm / Cəmiyyət
14 sentyabr 2024
0
Yeni tədris ili başlayır: DYP-dən daha bir müraciət

Yeni tədris ilinin başlanması küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində deyilir.
"Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaratmasınlar.
Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik", - məlumatda deyilir.

Daha çox xəbər:

DYP əlverişsiz hava ilə bağlı sürücülərə müraciət etdi
Gündəm / Cəmiyyət
DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT
Gündəm / Cəmiyyət
DYP-dən sürücülərə MÜRACİƏT
Gündəm / Şou
Bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
Gündəm / Cəmiyyət
DYP-dən yeni dərs ilinin başlanması ilə bağlı MÜRACİƏT
Gündəm / Cəmiyyət